...

Azərbaycanda son bir həftədə 161 əcnəbi saxlanılıb (FOTO)

Hadisə Materials 19 Dekabr 2018 17:29 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 161 nəfər əcnəbi saxlanılıb.
Azərbaycanda son bir həftədə 161 əcnəbi saxlanılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 161 nəfər əcnəbi saxlanılıb.

Qurumdan Trend-ə verilən məlumata görə, onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkar olunub.

Saxlanılmış 4 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, digər 157 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 144 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 17 miqrantın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti