...

Badamdarda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 28 Yanvar 2019 18:17 (UTC +04:00)
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Badamdarda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Bakı. Trend:

Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 27-də saat 22 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahid Əhmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti