...

Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı - Ölən və yaralanan var

Hadisə Materials 14 İyun 2019 16:55 (UTC +04:00)
Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuvarlanıb
Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı - Ölən və yaralanan var

Bakı. Trend:

Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuvarlanıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub.

Daha 1 nəfərin isə xəsarət aldığı deyilir. Avtomobildə nə qədər turistin olduğu və turistlərin milliyəti barədə hələlik məlumat verilməyib.

Qəza yerində təcili yardım briqadaları və xilasedicilər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti