...

Su kanalında batan şəxsin meyiti aşkar edilib (YENİLƏNİB)

Hadisə Materials 29 İyul 2019 21:43 (UTC +04:00)
Ağdaş rayonunun Dəhnəxəlil kəndində su kanalında batan 1996-cı il təvəllüdlü Aprin Nurlan Təhməz oğlunun axtarışları başa çatıb
Su kanalında batan şəxsin meyiti aşkar edilib (YENİLƏNİB)

İlk xəbər saat 19:13-də yayılıb

Bakı. Trend:

Ağdaş rayonunun Dəhnəxəlil kəndində su kanalında batan 1996-cı il təvəllüdlü Aprin Nurlan Təhməz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, batan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

19:13

Ağdaşda 1 nəfər su kanalında batıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefonuna Ağdaş rayonunun Dəhnəxəlil kəndində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti