...

Qaradağda 4 otaqlı ev yanıb

Hadisə Materials 9 Yanvar 2020 09:55 (UTC +04:00)
Qaradağda bir evdə yanğın hadisəsi olub.
Qaradağda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Qaradağda bir evdə yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı, döşəməsi və içərisindəki ev əşyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti