...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 31 Yanvar 2020 21:32 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 47 m² olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan televizor və otağın lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti