Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bitişik köməkçi tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.