...

Zaqatalada karantin rejimini pozan şəxslər cərimələnib (FOTO)

Hadisə Materials 28 Aprel 2020 10:59 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Zaqatalada karantin rejimini pozanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən küçəyə çıxan vətəndaşlar yoxlanılan zaman 3 nəfər şəxsin heç bir icazəsi olmadan çöldə gəzdiyi müəyyən edilib. Karantin rejimi qaydalarını pozduqları üçün həmin rayon sakinləri - Əhməd Xubayberdiyev, Elçin Məmmədov və Tural Şıxəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti