...

İnzibati binada yanğın olub - Sənədlər yanıb

Hadisə Materials 3 Fevral 2021 13:59 (UTC +04:00)

Bakı. Trend:

Tovuzda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 800 kv.m olan (hər mərtəbəsi 400 kv.m) ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində sahəsi 24 kv.m olan otaqda 1 ədəd kondisioner, rəf və sənədlər qismən yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Xəbər lenti

Xəbər lenti