...

Badamdarda ərazini zibilləyən tikinti şirkəti cərimələndi

Hadisə Materials 24 Aprel 2021 12:34 (UTC +04:00)
Badamdarda ərazini zibilləyən tikinti şirkəti cərimələndi

Bakı. Samir Əli - Trend:

Sanitariya-gigiyena qaydalarını pozan şirkət məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir.

Aprelin 23-də Səbail rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Badamdar qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə “Yüksək-İnşaat” tikinti şirkəti barəsində 8.000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Twitter: GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti