...

Eynşteynin beyini Filadelfiya muzeyində sərgilənəcək

Maraqlı Materials 24 Noyabr 2011 17:44 (UTC +04:00)
Nisbilik nəzəriyyəsinin banisi, məşhur fizik Albert Eynşteynin beyninin kəsikləri ilk dəfə olaraq Filadelfiyadakı Tomas Mütten adına muzeydə nümayiş olunacaq.
Eynşteynin beyini Filadelfiya muzeyində sərgilənəcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Nisbilik nəzəriyyəsinin banisi, məşhur fizik Albert Eynşteynin beyninin kəsikləri ilk dəfə olaraq Filadelfiyadakı Tomas Mütten adına muzeydə nümayiş olunacaq. Trend-in məlumatına görə, bu barədə RİA "Novosti" agentliyi amerikalı alimlərə istinadən xəbər verir.

Muzeyə gələnlər alimin beyninin insan saçından nazik 46 kəsiyini görə biləcəklər. Kəsiklərdən biri mikroskop altında yerləşdirilib. Filadelfiyanın Uşaq Hospitalının nevropatoloqu doktor Lüsi Rork-Edams jurnalistlərə bildirib ki, böyüdülərkən Eynşteynin beyni gənc adamdakı kimi görünür, onda yaşlı adamlara xas olan aşınma yoxdur.

"Həm də alimin baş beyninin damarları da son dərəcə yaxşı vəziyyətdədir", - Rork-Edams əlavə edib.

Eynşteyn 1955-ci ildə 76 yaşında qarın aortasının dağılmasından vəfat edib. Tomas Harvi adlı patoloqoanatom meyitin yarılması zamanı dahinin beynini çıxarır. Lakin Harvi onu özündə saxlayır ki, bu da alimin qohumlarının etiraz etməsi səbəbindən qalmaqala səbəb olur. Harvi işini itirsə də, Eynşteynin beynini özündə saxlayır. O, dahinin beyninin adi adamlarınkından nə ilə fərqləndiyini anlamağa çalışır və patoloqoanatom beynin kəsiklərini ABŞ-dakı müxtəlif alimlərə göndərir. Beləliklə, onların bir hissəsi üçüncü əl vasitəsilə doktor Rork-Edamsa çatır və o, Eynşteynin beyninin kəsiklərini Mütter adına muzeyə verməyi qərara alır.

Xəbər lenti

Xəbər lenti