Azərbaycan, Bakı, 15 yanvar /Trend/
Fransanın məşhur aktyoru Jerar Depardye özünə məxsus özəl aviaşirkət yaradıb. Trend-in çərşənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, aviaşirkətin bir biznes-klass təyyarəsi var.
Məlumata görə, aktyor aviaşirkəti Fransa şairi Sirano de Berjerkanın şərəfinə "Siran Er" adlandırıb.
J.Depardye təyyarəni şəxsi məqsədlər üçün istifadə etməyəcəyi halda icarəyə vermək niyyətindədir.