...

Azərbaycan Dağlıq Qarabağın erməni icması ilə danışıqlar aparmaqdan imtina edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan Dağlıq Qarabağın erməni icması ilə danışıqlar aparmaqdan imtina edir.

"Dağlıq Qarabağ münaqişənin dinc nizamlanması haqqında Azərbaycanla danışıqlarda müstəqil şəkildə iştirak etməlidir", - dırnaqarası Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyan "Vedmosti"yə bildirib. "Münaqişənin əsas tərəfi var - bu, digər əcnəbi dövlətlərin malik olduqları prioritetlərə malik müstəqil Dağlıq Qarabağ Respublikasıdır", -Saakyan söyləyib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar ən əvvəldən Dağlıq Qarabağa hansısa görüntü yaratmaq üçün "təyin edilənlərlə" deyil, təcavüzkar dövlət kimi, Ermənistanla aparılıb", - Azərbaycan XİN mətbuat katibi Xəzər İbrahm bazar ertəsi Trend -a bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

İbrahim Dağlıq Qarabağın erməni icması rəhbərinin öz çıxışında bir neçə səhvə yol verdiyini hesab edir. ""Dağlıq Qarabağ Respublikası" anlayışı deyil, Dağlıq Qarabağın erməni icması var. Hazırda dırnaqarası "DQR"-in təmsilçiləri ilə heç bir danışıqlar ola bilməz", - o bildirib.

Azərbaycan XİN mətbuat katibinin sözlərinə görə, "DQR" Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərmir. Bu ərazi, həmçinin, digər bitişik torpaqlar hazırda Azərbaycana qarşı bütün qanunsuz hərəkətlərdə bilavasitə işitrak edən Ermənistanın işğalı altındadır. İbrahim Ermənistanın bu qanunsuz hərəkətlərinin Dağlıq Qarabağda bəzilərinin özlərini hansısa hüquqi törəmənin dövlət nümayəndələri adlandırmalarına səbəb olduğunu bildirib.

Azərbaycan XİN rəsmi nümayəndəsinin sözlərinə görə, erməni icması ilə hər hansı danışıqlar Ermənistanın Azərbaycan ərazilərini azad etməsindən, Azərbaycan icmasının öz torpaqlarına qayıtması və hər iki icmanın Dağlıq Qarabağda dinc yaşamasına şərait yaradıldıqdan sonra mümkün ola bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti