...

Rusiyalı politoloq ATƏT-in növbəti sammitinin Dağlıq Qarabağ münaqişəsi məsələsində səmərəli olacağına şübhə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2010 14:13 (UTC +04:00)
Qazaxıstanda dekabrda keçiriləcək ATƏT sammitinin Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı səmərə verəcəyi şübhə doğurur. M.V.Lomonosov adına MDU Postsovet Məkanında İctimai-Siyasi Proseslərin Öyrənilməsi İnformasiya-Analitik Mərkəzinin baş direktoru Aleksey Vlasov belə hesab edir.
Rusiyalı politoloq ATƏT-in növbəti sammitinin Dağlıq Qarabağ münaqişəsi məsələsində səmərəli olacağına şübhə edir

Rusiya, Moskva, 28 sentyabr /Trend, müxbir A.Qasımova/

Qazaxıstanda dekabrda keçiriləcək ATƏT sammitinin Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı səmərə verəcəyi şübhə doğurur. M.V.Lomonosov adına MDU Postsovet Məkanında İctimai-Siyasi Proseslərin Öyrənilməsi İnformasiya-Analitik Mərkəzinin baş direktoru Aleksey Vlasov belə hesab edir.

"Qazaxıstan Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında yol xəritəsinin yaradılmasına uğursuz cəhd edir", -Trend-in Ekspert Şurasının üzvü Moskvada jurnalistlərə bildirib. - "Hərçənd, Qazaxıstandakı sammitdə də hər halda, vasitəçilərin fəaliyyətində önəmli nəticələrə nail olmaq mümkün olmayacaq".

"Rusiya Prezidenti Dmitri Medvedevin bu yaxınlardakı səfərləri göstərdi ki, Rusiya eyni vaxtda həm Bakıya, həm də Yerevana söykənmək istəyir", - Vlasov belə hesab edir.

Onun sözlərinə görə, yaxın gələcəkdə Dağlıq Qarabağ məsələsində Ermənistana təzyiqin güclənəcəyini yalnız bir halda - Bakı və Yerevanın güc təklif etməmək haqqında sənəd imzalayacağı zaman gözləmək mümkündür. Lakin ekspert Azərbaycanın indiki şəraitdə bu addımı atacağına şübhə edir.

Vlasovun sözlərinə görə, "Bu gün danışıqlarda fasilə yaranıb və bu, münaqişənin real həllinə gətirib çıxarmayacaq".

"Moskva Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında manevr edir və ən yaxşı vəziyyətdə hər iki ölkə regionda Rusiyanın dayaq nöqtəsi ola bilər", - Vlasov bildirib.

Politoloq hesab edir ki, Moskvaya prosesin getdiyini və həm də onun əsas vasitəçi olduğunu göstərmək lazımdır. Ona görə də Kreml bundan sonra da tərəflərin görüşlərinin təşəbbüskarı olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti