...

Xocalı yalnız Azərbaycan xalqının yaddaşında faciəli mərhələ deyil – Aleksey Vlasov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2011 12:39 (UTC +04:00)
Amansız XX əsr qanla, ağrı ilə və insan faciələri ilə əlaqələndirilən dövrdür. Bunu Moskva Dövlət Universitetinin Tarix fakültəsi dekanının müavini, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov Moskvada Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş konfransda və anım gecəsində deyib.
Xocalı yalnız Azərbaycan xalqının yaddaşında faciəli mərhələ deyil – Aleksey Vlasov

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Tarıverdiyeva/

Amansız XX əsr qanla, ağrı ilə və insan faciələri ilə əlaqələndirilən dövrdür. Bunu Moskva Dövlət Universitetinin Tarix fakültəsi dekanının müavini, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov Moskvada Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş konfransda və anım gecəsində deyib.

Onun sözlərinə görə, bu, insanların yol verilən hədd barədə təsəvvürlərini tamamilə dəyişən iki dağıdıcı müharibə dövrüdür.

"İkinci Dünya müharibəsinin "Klaasa külü" kimi faciəli məqamları əcdadları Xatın, Liditse, Koventridə yaşayanların qəlbində ağrılı iz buraxıb. Bu adlardan hər biri nəsillərə ibrət üçün keçmiş yüzilliyin hadisələrinin faciəli salnaməsinə əbədi yazılib", - Vlasov deyib.

Vlasovun sözlərinə görə, lakin XX yüzilliyin sonlarının tarixi təcrübəsi arxasında kiminsə ağrısının - həlak olmuş atalar, analar, uşaqlar, bacılar və qardaşlar haqqında xatirənin durduğu yaşayış məntəqələrinin yeni adları meydana gəldi.

"Xocalı yalnız Azərbaycan xalqı üçün deyil, həm də oxşar faciələrin bir daha heç vaxt təkrarlanmamasını səmimiyyətlə arzu edənlərin yaddaşında faciəli məqamdır", - o bildirib.

Onun sözlərinə görə, həlak olmuş altı yüz on üç dinc sakin haqqında xatirə sadəcə olaraq təkcə ən yeni tarix dərsliyinin sətri deyil, həm də müasirlərin qəlbində sağalmaz yaradır.

"Həlak olanların xatirəsini yad edərkən biz hər şeydən əvvəl bir istiqamətdə düşünməli və hərəkət etməliyik - belə hadisələrin Cənubi Qafqaz, postsovet məkanı və Avrasiya regionunun heç bir nöqtəsində təkrarlanmasına yol verməməliyik, - o deyib. - Və mən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və şəxsən onun sədri Leyla Əliyevanın təşəbbüsü olan "Xocalıya ədalət" beynəlxalq informasiya-təbliğat kampaniyasının xeyirxah missiyasını qeyd etmək istərdim".

Vlasov bildirib ki, kampaniyanın dünyaya Xocalı haqqında həqiqəti çatdırmaq məqsədi qurbanlara ürəyi yanan istənilən insana yaxşı aydındır.

"Biz sadə statistika ölçülərinə əsaslanaraq, ölənlərin sayları və ya siyasi məqsədəuyğunluq haqqında yanlış təsəvvürlərdən çıxış edərək çox şeyi yaddan çıxarırıq. Lakin həmin dəhşətli gecədə həlak olanlar arasında 63 uşağın, 106 qadının, 70 qocanın olduğunu unuduruq. Milliyətindən asılı olmayaraq kimin qəlbi varsa, dərin xəcalət hissi çəkməlidir, biz - ümumi SSRİ evinin divarlarından sərbəst üzməyə çıxanlar buna necə yol verdik?" - Vlasov bildirib.

Onun sözlərinə görə, bu təkrar olunmamalıdır - bu sözlər sadə görünə bilər. Lakin onlarda xüsusi məna gizlənib: tarixi ona görə bilmək lazımdır ki, sözdə və əməldə ən düzgün səmtə istiqamətlənək, pisliyi bağışlamayaq, həlak olanların xatirəsini qoruyub saxlayaq, öz uşaqlarımız üçün ədalətli və dinc gələcək quraq.

Xocalı soyqırımı zamanı 613 dinc sakin qətlə yetirilib, müxtəlif yaşlı 1000 dinc sakin aldıqları odlu silah yaralarından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130-u isə valideynlərindən birini itirib. Faciə gecəsi 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərinin sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti