...

Hakim partiya: Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanın başqa vasitələrlə bu işğalçı ölkəyə təzyiq göstərməsini zəruri edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2011 12:52 (UTC +04:00)
İşğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutması Azərbaycan dövlətinin başqa vasitələrlə Ermənistana diplomatik təzyiq göstərməsini zəruri edir.
Hakim partiya: Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanın başqa vasitələrlə bu işğalçı ölkəyə təzyiq göstərməsini zəruri edir

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

İşğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutması Azərbaycan dövlətinin başqa vasitələrlə Ermənistana diplomatik təzyiq göstərməsini zəruri edir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub və ona görə də, BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar dörd qətnamə qəbul edib.

Qətnamənin şərtlərinə əsasən, işğal edilən Azərbaycan əraziləri qeyd-şərtsiz boşaldılmalıdır. Lakin bu qətnamələr indiyədək icra edilməyib.

"Bununla bağlı Azərbaycan dövləti BMT-nin Təhlükəsizlik Şurasına yenə də müraciət edə bilər, lakin TŞ-nin müvafiq qətnamələri olduğuna görə ölkəmiz həmin qətnamələrin yerinə yetirilməsini təklif və tələb edir. Həmin qətnamələrin yerinə yetirilməsi üçün lazımi addımlar atılmalıdır. Öncə, qətnamənin icrasını həyata keçirmədiyi üçün Ermənistana qarşı iqtisadi və siyasi xarakterli sanksiya tətbiq edilməlidir",- Qurbanlı deyib.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanın bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa etməsində Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair məsələnin BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə daxil edilməsinin böyük əhəmiyyəti var.

"Azərbaycan dövləti hücumçu diplomatiya xəttini davam etdirərək Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi ilə bağlı beynəlxalq qurumlarda qərarların qəbul edilməsinə nail olub. Erməni təbliğat maşını artıq qətiyyən bizimlə yarışa və haqqımızda istədikləri kimi mənfi rəy formalaşdıra bilmir. Bütün sahələrdə təcavüzkar ölkəni diz çökdürməliyik və Ermənistan Azərbaycanın qarşısında diz çökəcək", - Qurbanlı vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti