...

Azərbaycan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətini aktivləşdirəcəyinə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2015 20:18 (UTC +04:00)
Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətini aktivləşdirəcəyinə ümid edir.
Azərbaycan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətini aktivləşdirəcəyinə ümid edir

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətini aktivləşdirəcəyinə ümid edir. Trend-in məlumatına görə, bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda ABŞ-ın müstəqilliyinin 239-cu ildönümünə həsr edilmiş tədbirdə deyib.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqillik qazandığı dövrdən etibarən qazandığı nailiyyətlərdən danışıb.

Diplomat qeyd edib ki, ABŞ və Azərbaycan iki ölkə arasında güclü münasibətlərin yaradılması üzərində işləməyə davam edir.

İ.İsmayılov Azərbaycan hökuməti adından ABŞ xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, 1992-ci ildən iki ölkə arasında əlaqələr müxtəlif istiqamətlər, xüsusilə də iqtisaiyyat və təhlükəsizlik sahələrində inkişaf edir: "Azərbaycan Kosova və Əfqanıstandakı əməliyyatlarda ABŞ-a kömək edib və gələcəkdə terrorçuluqla mübarizə sahəsində ABŞ-la əməkdaşlığa hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti