...

Astanada MDB Hökumət Başçıları Şurasının toplantısının gündəliyi elan edilib

Siyasət Materials 22 May 2009 12:29 (UTC +04:00)

Qazaxıstan, Astana, 22 may / Trend , müx. K.Arınov /

Cümə günü Astanada Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının (HBŞ) növbəti toplantısı keçiriləcək. Toplantıda Hökumət Başçıları Şurasının 18 sənəd layihəsini nəzərdən keçirməsi gözlənilir.
HBŞ toplantısının gündəliyinin əsas mövzusunu 2020-ci ilə qədər olan dövr əzində Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin (2009-2011) həyata keçirilməsi üzrə tədbirlər planı məsələsi təşkil edəcək.
MDB-nin iqtisadi inkişaf strategiyası, 2020-ci ilə qədər olan dövrü əhatə edən və özündə dövlətlərin qarşılıqlı razılıq sistemini ehtiva edən kompleks sənəddir və sənəd MDB ölkələrinin ümumi məqsədlərə baxışı, beynəlxalq iqtisadi münasibətlərin genişləndirilməsi çərçivəsində sosial-iqtisadi inkişafın perspektiv və prioritetlərini nəzərə alaraq, Birliyi beynəlxalq iqtisadi münasibətlər sisteminin əhəmiyyətli iştirakçısına çevirmək məqsədi daşıyır. Sənəddə MDB-nin dünya təsərrüfat sistemində yeri və Birlikdə ümumi iqtisadi vəziyyət qiymətləndirilib, iqtisadi inteqrasiyanın məqsədi, vəzifələri və iqtisadiyyat sahəsində əməkdaşlığın əsas sferaları müəyyən edilib.
Strategiyanın məqsədi MDB ölkələrinin iqtisadi inkişafına yeni təkanların verilməsi, stabil və balanslaşdırılmış iqtisadi artımın, iqtisadi təhlükəsizliyin, əhalinin həyat səviyyəsinin və rifah halının yüksəldilməsinin təmin edilməsidir. Onun icrasının üç mərhələdən keçəcəyi gözlənilir.
Hökumət başçılarına baxılması üçün təqdim edilən strategiyanın birinci mərhələsinin icrası üzrə tədbirlər planı 2009-2011-ci illər üçün sistem yaradan sahələrdə və iqtisadi əməkdaşlığın əsas sferalarında kompleks tədbirləri əhatə edir
Tədbirlər planı dünya maliyyə-iqtisadi böhranını minumum səviyyəyə endirmək zərurəti nəzərə alınaraq hazırlanıb. Sənəddə sənaye istehsalatı, energetika, nəqliyyat, aqrosənaye kompleksi sahəsində ölkələrin qarşılıqlı fəaliyyəti, ölkələrarası proqramların həyata keçirilməsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla bərabər,  istehsal olunmuş məhsulların rəqabət qabiliyyətinin artırılması və yeni texnologiyaların tətbiqinə xüsusi diqqət ayrılır. Sosial sahədə əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması, məşğulluq qanunvericiliyinin yaxınlaşdırılması, əmək miqrasiyası kimi məsələlər üzrə tədbirlər çoxluq təşkil edir. Planın xüsusi bölmələri qarşlıqlı ticarət əməkdaşlığının genişləndirilməsi, yanacaq-energetika kompleksi, enerji təchizatı, maliyyə-valyuta sferası, kosmik fəzanın tədqiqi və istifadəsi, ətraf mühitin qorunması kimi məsələlərə də toxunur.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti