...

Azərbaycan Müdafiə Nazirliyinin "qaynar xətt"i ilə çağırışçıların xidmət yerini öyrənmək olar

Siyasət Materials 25 İyun 2009 16:38 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin "qaynar xətt"i ilə çağırışçıların xidmət yerini öyrənmək olar
Azərbaycan Müdafiə Nazirliyinin "qaynar xətt"i ilə çağırışçıların xidmət yerini öyrənmək olar

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir C.Babayeva /

Artıq hərbi çağırışa cəlb olunan vətəndaşların valideynləri övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənə biləcəklər. Bunun üçün Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində yaradılan "qaynar xətt"ə zəng etmək olar: (012) 438 61 10; (012) 439 23 55; (012) 439 90 28; (012) 439 55 14. Müdafiə Nazirliyinin cümə axşamı yayılan məlumatında deyilir. Bu barədə bütün hərbi komissarlıqlara Müdafiə Nazirliyi tərəfindən lazımi göstərişlər verilib və siyahılar artıq hərbi komissarlıqlara göndərilib.

Azərbaycanda həqiqi hərbi xidmətə yay çağırış dövrü iyulun 1-dən başlayır.

Müdafiə Nazirliyi, həmçinin çağırışçıların yaxınlarının şikayət və müraciətlərini araşdırılması üçün nazirliyin Tərbiyəvi İşlər İdarəsi yanında fəaliyyət göstərən işçi qrupun telefon nömrələrini də ictimaiyyətin diqqətinə çatdırır: (012) 439 23 76; (012) 438 61 31; (012) 438 61 74.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti