...

Qazaxıstanda nüvə sınağının qurbanlarının xatirəsinə kompleks açmaq planlaşdırılır

Siyasət Materials 17 İyul 2009 18:29 (UTC +04:00)
Qazaxıstanda nüvə sınağının qurbanlarının xatirəsinə kompleks açmaq planlaşdırılır.
Qazaxıstanda nüvə sınağının qurbanlarının xatirəsinə kompleks açmaq planlaşdırılır

Qazaxıstan, Astana, 17 iyul / Trend , müxbir K.Konırova /

Qazaxıstanda nüvə sınağının qurbanlarının xatirəsinə kompleks açmaq planlaşdırılır. Bu barədə Trend -a Qazaxıstan Respublikası Senatının mətbuat xidmətindən məlumat verilib.

"Semipalatinsk nüvə sınağının poliqonunda nüvə sınağının qurbanlarının xatirəsinə monumental kompleksin Şərqi Qazaxıstan vilayətinin Kaynar Abralin kəndində avqustun 29-da açılması planlaşdırılır", - Senatdan deyilib.

20 il əvvəl məhz bu gün Semipalatin nüvə sınağı poliqonu bağlanıb.

"Monumentin açılışı günü poliqonda sınağın dayandırılmasının 20 illiyinə həsr olunmuş elmi konfransın keçirilməsi nəzərdə tutulub", - mətbuat xidmətindən deyilib.

Senatdan qeyd ediblər ki, abidə vətəndaşların könüllü ianəsi və yenidən yaradılmış "Abralı - Deqelen" ictimai fondunun vəsaiti hesabına tikilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti