...

Parlamentdə Türkiyənin Azərbaycanla "Yol Xəritəsi"i imzalaması təklif olunub

Siyasət Materials 30 Sentyabr 2009 13:08 (UTC +04:00)
"Rəsmi Ankara Ermənistanla diplomatik əlaqələrin qurulması ilə bağlı oktyabrın 10-da imzalanması gözlənilən protokoldan öncə Azərbaycanla "Yol Xəritəsi"ni imzalamalıdır. Bu sənəddə Türkiyə Azərbaycanın maraqlarına xələl gətirə biləcək məsələlərlə bağlı öz üzərinə öhtəliklər götürməlidir", Trend News-un məlumatına görə, bu barədə iclasda deputat, Azərbaycanın iqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc bildirib.
Parlamentdə Türkiyənin Azərbaycanla "Yol Xəritəsi"i imzalaması təklif olunub

Azərbaycan, Bakı,30 sentyabr / Trend ,müxbir A.Hüseynbala/ Azərbaycan Parlamentinin bu gün keçirilən iclasında Türkiyənin Azərbaycanla "Yol Xəritəsi"nin imzalanması təklif olunub.

"Rəsmi Ankara Ermənistanla diplomatik əlaqələrin qurulması ilə bağlı oktyabrın 10-da imzalanması gözlənilən protokoldan öncə Azərbaycanla "Yol Xəritəsi"ni imzalamalıdır. Bu sənəddə Türkiyə Azərbaycanın maraqlarına xələl gətirə biləcək məsələlərlə bağlı öz üzərinə öhtəliklər götürməlidir", Trend -un məlumatına görə, bu barədə iclasda deputat, Azərbaycanın iqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trend -a verdiyi müsahibəsində bildirib ki, Türkiyə ilə Ermənistan arasında avqust ayında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun yekun variantı oktyabrın 10-da və ya 11-də Türkiyənin XİN rəhbəri Davudoğlu ilə ermənistanlı həmkarı Nalbandyan arasında imzalanacaq.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Oruc hesab edir ki, Türkiyə Ermənistanla sərhədləri açsa, regiondakı proseslərə ciddi təsir edəcək.

Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə Milli Məclis rəhbərliyinin Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı narahat olduğunu deyib.

"Biz inanırıq ki, Türkiyə Azərbaycanın mənafeyinə zidd olan addımlar atmayacaq", - Əsgərov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti