...

Azərbaycan və Türkiyə münasibətlərində birgə mexanizm hazırlamaq lazımdır – türkiyəli ekspert Çağrı Erxan

Siyasət Materials 7 Oktyabr 2010 13:55 (UTC +04:00)
Azərbaycan və Türkiyə münasibətlərində qısamüddətli böhran ötən payız ilk dəfə ölkələr arasında ikitərəfli münasibətlərə baxış haqqında məsələni gündəmə qoyub. Ankara Universitetinin Avropa Xalqlarını Öyrənmə Mərkəzinin direktoru Çağrı Erxan belə hesab edir.
Azərbaycan və Türkiyə münasibətlərində birgə mexanizm hazırlamaq lazımdır – türkiyəli ekspert Çağrı Erxan

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Ü. Sadıxova/

Azərbaycan və Türkiyə münasibətlərində qısamüddətli böhran ötən payız ilk dəfə ölkələr arasında ikitərəfli münasibətlərə baxış haqqında məsələni gündəmə qoyub. Ankara Universitetinin Avropa Xalqlarını Öyrənmə Mərkəzinin direktoru Çağrı Erxan belə hesab edir.

"Böhranın yeganə yaranma səbəbi fəaliyyətlərin kifayət qədər koordinasiya edilməməsidir", -  bu barədə cümə axşamı Çağrı Erxan Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində "Türkiyə-Azərbaycan münasibətləri: gözləntilər və nəticələr" mövzusunda çıxış edərək deyib.

Onun sözlərinə görə, ölkələr arasında strateji münasibətlər Türkiyə-Azərbaycan ittifaqının yeganə mexanizmində inkişaf etməlidir.

Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə böhran 2009-cu il oktyabrın 10-da Ankara və İrəvan arasında münasibətlərin normallaşması haqqında protokolun imzalanması ilə yaranıb. Lakin sənədlər Türkiyə və Ermənistan parlamentlərində təsdiq olunmayıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildə pozulub. Münasibətlərin pozulması və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının səbəbi Yerevanın "erməni soyqırımı"nın dünyada tanınmasına iddiaları və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğalı etməsi olub.

"Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə ilə Azərbaycan arasında münasibətlərin normallaşması qeyri-mümkün idi və Ermənistan tərəfi bunu çox gözəl anlayırdı", - Erxan deyib.

"Lakin mövcud məsələdə Türkiyə ilə Azərbaycan arasında fəaliyyətin kifayət qədər koordinasiyası olmayıb", - o hesab edir. Türkiyəli ekspertin sözlərinə görə, protokol testi Azərbaycana Türkiyə deyil, Rusiya vasitəsilə verilib.

"Türkiyənin bu prosesə (Ermənistanla münasibətlərin normallaşması) Azərbaycan torpaqlarının işğalını dayandırmaq məqsədilə başlanmasına baxmayaraq, mövcud protokolla qarşıya qoyulan məqsədə çatmaq qeyri-mümkün idi və əksinə, bu, vəziyyəti daha da çətinləşdirdi", - o deyib.

Onun sözlərinə görə, imzalanmış protokollar Türkiyə ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinə, Türkiyə Parlamentində vəziyyətin qeyri-sabitliyinə gətirib çıxardı və nəticədə, Ermənistan parlamenti özü onu təsdiq etməkdən imtina etdi.

Lakin onun sözlərinə görə, protokollar Türkiyə-Azərbaycan münasibətlərində boşluğun yaranmasına səbəb olub.

"Türkiyə ilə Azərbaycan arasında bütün əməkdaşlıq sahələrində sazişlərin imzalanmasına baxmayaraq, bu münasibətlərin Türkiyənin ərəb ölkələri ilə hazırladığı mexanizmlərə oxşar mexanizmini işləyib hazırlamalıyıq.

Buna misal olaraq o, Türkiyə ilə bir sıra ərəb ölkələri arasında viza rejiminin ləğvi, həmçinin, Türkiyə, Suriya, Livan və İordaniya arasında azad ticarət zonasının yaradılmasını göstərib.

Erxan ölkələr arasında münasibətlərin yaxşılaşdırılmasında digər vacib amil kimi, xaricdə Azərbaycan və Türkiyə diasporunun əməkdaşlığını hesab edir.

"Azərbaycanmənşəli amerikalıların sayı ABŞ-da yaşayan türklərin sayını ötüb", - ekspert deyib. Onların əksəriyyəti - İrandan gəlmələrdir.

"Lakin əsas məsələ kəmiyyətdə deyil, keyfiyyətdədir. Xaricdə yaşayan türklər və azərbaycanlılar erməni diasporuna qarşı çıxacaq lobbi yaratmalıdırlar", - o deyib.

Erxan, həmçinin, qeyd edib ki, son bir neçə il ərzində ABŞ-ın Senat və Konqresində türk-azərbaycanlı lobbisinin kifayət qədər təsiri hiss olunmayıb və bu səbəbdən ötən yaz ABŞ Konqresi Aşağı Palatasının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nı tanıyan sənəd qəbul edib.

"Yalnız hökumətlərimiz arasında deyil, iki ölkənin cəmiyyətləri arasında da münasibətləri nizama salmaq vacibdir. Buraya mətbuat, universitetlər, beyin mərkəzləri daxildir. Bütün bunlar ümumi vahid strategiyada keçməlidir, yoxsa çox gec olacaq", - Erxan deyib.

Xəbər lenti

Xəbər lenti