...

Komissiyanın katibi: Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində qanunvericilik artıq beynəlxalq standartlara tam uyğunlaşdırılıb

Siyasət Materials 21 May 2013 12:49 (UTC +04:00)
Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində qanunvericilik artıq beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiyanın katibi Vüsal Hüseynov Milli Məclisdə çərşənbə axşamı Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) İnformasiya Sessiyası zamanı çıxışında bildirib.
Komissiyanın katibi: Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində qanunvericilik artıq beynəlxalq standartlara tam uyğunlaşdırılıb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində qanunvericilik artıq beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiyanın katibi Vüsal Hüseynov Milli Məclisdə çərşənbə axşamı Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) İnformasiya Sessiyası zamanı çıxışında bildirib.

O, öz çıxışında Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində Komissiyanın işi barədə məlumat verib.

Hüseynov qeyd edib ki, Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq sənədlərə qoşulub və artıq qanunvericiliyi beynəlxalq standartlara tam uyğunlaşdırıb. Hüseynov bildirib ki, informasiya kommunikasiya texnologiyaların tətbiqi korrupsiya ilə mübarizədə əsas rol oynayır. O qeyd edib ki, Azərbaycanda yaradılmış ASAN xidməti həm vətəndaşların vaxt itkisinin qarşısı alıb, digər tərəfdən korrupsiya ilə mübarizəyə yönəlib. Komissiyanın katibi maarifləndirmə tədbirlərinin də həyata keçirilməsinin vacibliyini deyib. O qeyd edib ki, antikorrusiya siasəti çevik olmalıdır və beynəlxalq əməkdaşlıq bu istiqamətdə mühüm rol oynayır.

GOPAC-ın icraedici direktoru Akaaş Maharac isə bildirib ki, təmsil etdiyi təşkilatın əsas məqsədi yaxşı idarəetmə ilə bağlı gözləntilərə cavab verməkdən ibarətdir. Parlamentarilər də xalqı təmsil etdiyindən bu sahədə aktiv fəaliyyət göstərmələri vacibdir. O bildirib ki, GOPAC-ın 6 regional nümayəndəliyi ilə yanaşı ölkələrdə milli nümayəndəlikləri də fəaliyyət göstərir:

"Milli nümayəndəliklərin əsas fəaliyyət istiqamətləri ölkə daxilində korrupsiyaya qarşı mübarizəyə görə qanunvericilik bazasını formalaşdırmaq, bu siyasətin effektivliyini təmin etmək, vətəndaş cəmiyyəti ilə əlaqələr yaratmaq, milli fəaliyyət planını hazırlamaq, monitorinqi həyata keçirməkdən ibarətdir".

O bildirib ki, deputatlar bu sahədə lider rolunu oynaya və cəmiyyətin bu gözləntilərinə öz tövfələrini verə bilərlər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə iclasda GOPAC-ın 6-ci iclasının Bakıda keçirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, təşkilatın Azərbaycan bölməsi Avropa bölməsini də əvəz edə bilər:

"Azərbaycan parlamentarilərinin tam potensialı var ki, Avropa blokunu təmsil etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti