...

MSK-dan Rüstəm İbrahimbəyova cavab

Siyasət Materials 18 Sentyabr 2013 12:06 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiq edilməməsi ilə bağlı BMT İnsan Hüquqları Komitəsinə şikayət edəcəyi məsələsinə münasibət bildirib.
MSK-dan Rüstəm İbrahimbəyova cavab

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyası (MSK) Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiq edilməməsi ilə bağlı BMT İnsan Hüquqları Komitəsinə şikayət edəcəyi məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov jurnalistlərə bildirib ki, MSK Rüstəm İbrahimbəyovla bağlı son qərarını verib: "Bu qərarı MSK ölkə qanuna uyğun verib. Həmin qərarda qeyd olunanlar hər kəsə bəllidir. Qərara münasibət isə nə qədər insan varsa, bir o qədər ola bilər".

N.Məmmədov əlavə edib ki, MSK-nın Rüstəm İbrahimbəyovla bağlı gəldiyi nəticə qanunidir və eyni zamanda da maraqlı şəxslərin həmin qərardan narazı olmaq haqları var: "Onların bu qərardan məhkəmə və digər orqanlara müraciət etmələri ilə bağlı heç bir müzakirə aparmaq fikrim yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti