...

ABŞ mətbuatında Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərindən bəhs edən məqalə dərc olunub

Siyasət Materials 21 İyul 2015 09:51 (UTC +04:00)
ABŞ mətbuatında Ümummilli Lider Heydər Əliyevə dair geniş məqalə dərc olunub.
ABŞ mətbuatında Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərindən bəhs edən məqalə dərc olunub

Azərbaycan, Bakı, 21 iyul /Trend/

ABŞ mətbuatında Ümummilli Lider Heydər Əliyevə dair geniş məqalə dərc olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan "The Jewish Press" qəzetinin 17 iyul tarixli sayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə dair geniş məqalə dərc olunub. "Heydər Əliyev və liderliyin mənası" başlıqlı məqalənin müəllifi Kaliforniya ştatında yaşayan yəhudi din xadimi Ravvin Simxa Qrindir (Simchah Green).

Müəllif böyük liderlərin öz ölkələri uğrunda fədakarcasına apardığı uzaqgörən siyasətin önəmindən söz açaraq, Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında gördüyü tarixi xidmətlərdən bəhs edir. Azərbaycanın kifayət qədər çətin coğrafi-siyasi şəraitdə yerləşdiyini vurğulayan müəllif, yeni müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində Heydər Əliyevin göstərdiyi liderlik üstünlüklərini qeyd edir.

R.Qrin bildirir ki, məhz Heydər Əliyev tərəfindən təməlləri qoyulan müdrik siyasət nəticəsində bu gün Azərbaycanda müxtəlif dini etiqadlar, o cümlədən müsəlman və yəhudilər qarşılıqlı ehtiram və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanın malik olduğu tolerantlıq ənənələrinin son illərdə dünyadakı müsəlman dövlətləri üçün nümunəvi model təşkil etidiyini bildirən müəllif, bu nailiyyətin qazanılmasında mərhum Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz rolunun olduğunu vurğulayır. O bildirir ki, məhz Heydər Əliyevin cəsarətli liderliyi nəticəsində bu gün Azərbaycan güclü, sağlam və dayanıqlı dəyərləri özündə təcəssüm etdirir.

Müəllif məqalədə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ümummilli Liderlə bağlı fikirlərinə də istinad edib: "Heydər Əliyev öz dərin təcrübəsinə və Vətəninə olan güclü sevgisinə əsaslanan müdrik və cəsur qərarlar verərək, Azərbaycanı parçalanmadan və tamamilə məhv olmadan xilas etmişdi".

Diplomat qeyd edir ki, "Heydər Əliyev bir çox daxili və xarici təhlükələri dəf edərək, Azərbaycanın müharibə vəziyyətindəki zəif bir ölkədən ən sürətlə inkişaf edən və çağdaşlaşan ölkələrdən birinə çevrilməsi erasını başlatmışdı."

Baş konsul vurğulayıb ki, Heydər Əliyev öz parlaq liderliyi ilə Azərbaycan xalqının xəyallarını gerçəkləşdirərək, ölkəmizi ortaq məqsədə - rifaha, sülhə və harmoniyaya yönləndirmişdi.

Qəzetin həm çap, həm də internet versiyalarında dərc olunmuş məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar: http://www.jewishpress.com/indepth/opinions/heydar-aliyev-and-the-meaning-of-leadership/2015/07/19/

Məqalə sosial şəbəkələrdə də geniş yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti