...

Avstraliyalı müşahidəçi: Azərbaycanda referendum çox yaxşı təşkil olunub

Siyasət Materials 26 Sentyabr 2016 16:20 (UTC +04:00)
Azərbaycanda referendum çox yaxşı təşkil olunub
Avstraliyalı müşahidəçi: Azərbaycanda referendum çox yaxşı təşkil olunub

Bakı. Maksim Tsurkov – Trend:

Azərbaycanda referendum çox yaxşı təşkil olunub. Bunu Trend-ə Avstraliya parlamentinin müşahidə missiyasının rəhbəri Kristofer Bek deyib.

Onun sözlərinə görə, səsvermənin şəffaflığının təmin edilməsi üçün çoxlu təminatlar var.

K.Bek referendumun təşkilinin standartlarından məmnun qalıb.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti