...

Məhərrəm Zülfüqarlı: ÜAK-ın fəaliyyətinin dayandırılmasına cəhddə üçüncü qüvvənin rolu var

Siyasət Materials 14 May 2017 13:18 (UTC +04:00)
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı iddia qaldırması təəssüf doğurur.
Məhərrəm Zülfüqarlı: ÜAK-ın fəaliyyətinin dayandırılmasına cəhddə üçüncü qüvvənin rolu var

Bakı. Samir Əli - Trend:

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı iddia qaldırması təəssüf doğurur.

Bu barədə Trend-ə açıqlamasında İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, bu addım nə Azərbaycanın, nə də Rusiyanın xeyirinədir:

"Burada üçüncü qüvvənin rolu var. Amma təəssüf doğuran məsələdir ki, Rusiya tərəfi hələ də bu məsələyə ciddi reaksiya vermir. Azərbaycan-Rusiya münasibətlərinin istiləşməsi erməni diaspor mərkəzlərinin və Qərb dövlətlərinin marağına uyğun deyil. Ona görə də onlar bütün qüvvələrini bu münasibətlərin korlanmasına səfərbər edirlər. Bəzi ölkələr Rusiyaya embarqo qoyanda Azərbaycan Rusiyanın yanında olub, bu ölkəyə dəstək verib. Buna görə də, ümid edirik ki, Rusiya rəhbərliyi bu məsələyə obyektiv yanaşmalı və həmin qüvvələrin niyyətinin həyata keçirməsinə mane olmalıdır".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti