...

Deputat: ÜAK-ın ləğvi qərarı iki dövlət və xalq arasında dostluq münasibətlərinə kölgə salır

Siyasət Materials 20 May 2017 13:19 (UTC +04:00)
Rusiya Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu ölkənin Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsi barədə çıxarılan qərar Azərbaycan ictimayyəti tərəfindən narahatlıqla qarşılanıb.
Deputat: ÜAK-ın ləğvi qərarı iki dövlət və xalq arasında dostluq münasibətlərinə kölgə salır

Bakı. Trend:

Rusiya Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu ölkənin Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsi barədə çıxarılan qərar Azərbaycan ictimayyəti tərəfindən narahatlıqla qarşılanıb.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Deputat bildirib ki, bu, təsadüfi deyil:

"Azərbaycanla Rusiya arasında çoxəsrlik əlaqələr mövcuddur. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edərək dostluq və strateji əməkdaşlıq səviyyəsinə çatıb. İki dövət başçılarının qarşılqlı səfərləri, onların arasındakı şəxsi dostluq münasibətləri iki dövlət və xalqlar arasındakı münasibətlərin bu səviyyəyə çatdırılmasında mühüm rol oynayıb. Azərbaycanla Rusiya arsındakı münasibətlərin belə yüksək sürətlə inkişaf etməsindən, ümumiyyətlə Azərbaycanın regionda əsas siyasi oyunçulardan birinə çevrilməsindən narahat olan, Rusiyada fəaliyyət göstərən ermənipərəst, antiazərbaycan qüvvələr belə bir qərarın qəbul edilməsində fəal surətdə iştirak ediblər. ÜAK-ın ləğvi qərarı böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub. Bu, eyni zamanda, iki dövlət və xalq arasında mövcud olan ənənəvi dostluq münasibətlərinə kölgə salır. Hesab edirəm ki, sağlam düşüncə qalib gələcək, iki dövlət və xalq arasında dostluq münasibətləri qorunub saxlanacaq və gələcəkdə daha da inkişaf edəcək".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti