...

İcraçı direktor: ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayətinin müsbət həllinə ümid edir

Siyasət Materials 16 İyun 2017 15:00 (UTC +04:00)
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı verilən apellyasiya şikayətinin müsbət həll olunacağına ümid edir.
İcraçı direktor: ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayətinin müsbət həllinə ümid edir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı verilən apellyasiya şikayətinin müsbət həll olunacağına ümid edir.

Bunu Trend-ə ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib.

Qeyd edək ki, iyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına apellyasiya şikayəti verib.

Bundan əvvəl, mayın 15-də isə Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında bu ölkənin Ali Məhkəməsinin qərarı ilə ÜAK-ın qeydiyyatı ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti