...

Səfir: Qazaxıstan Dağlıq Qarabağ münaqişəsini KTMT ilə əlaqələndirmir

Siyasət Materials 14 İyul 2017 11:44 (UTC +04:00)
Qazaxıstan hər zaman münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub.
Səfir: Qazaxıstan Dağlıq Qarabağ münaqişəsini KTMT ilə əlaqələndirmir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsi Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aidiyyəti yoxdur və beynəlxalq hüquqa uyğun olaraq danışıqlar yolu ilə həll edilməlidir.

Trend-in məlumatına görə, bunu “Sputnik” agentliyinə müsahibəsində Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev deyib.

O qeyd edib: “Qazaxıstanın mövqeyi belədir: biz Dağlıq Qarabağı qeyd edilən təşkilatla əlaqələndirmirik, çünki bu, regional münaqişədir və beynəlxalq hüquqa uyğun olaraq həll edilməlidir”.

Səfir əlavə edib ki, Qazaxıstan hər zaman münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti