...

BAMF-ın müşahidəçiləri prezident seçkilərini müşahidə edəcək (FOTO)

Siyasət Materials 7 Aprel 2018 17:35 (UTC +04:00)
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) prezident seçkilərində ölkə ərazisində müşahidəçilik missiyasını yerinə yetirəcək.
BAMF-ın müşahidəçiləri prezident seçkilərini müşahidə edəcək (FOTO)

Bakı. Trend:

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) prezident seçkilərində ölkə ərazisində müşahidəçilik missiyasını yerinə yetirəcək.

BAMF-dan Trend-ə verilən məlumata görə, təşkilatın 20 nəfərdən ibarət müşahidə missiyası respublikanın Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Göyçay, Ağdaş rayonlarında, Bakı və Sumqayıt şəhərlərində seçki qabağı vəziyyətin dəyərləndirilməsi üçün müşahidələrə başlayıb.

Bununla əlaqədar BAMF-ın ofisində seçki prosesinin gedişi, seçici fəallığının və seçkiqabağı kütləvi tədbirlərin qiymətləndirilməsi, seçkilərin mətbuatda işıqlandırılması, seçki günü müşahidə missiyasının fəaliyyətinin MSK ilə koordinasiya edilməsi, müşahidənin aparılmasının prinsiplərinə dair müzakirələr keçirilib.

BAMF-ın prezidenti və müşahidə missiyasının rəhbəri Umud Mirzəyevin sözlərinə görə, seçkilər zamanı seçki məsələlərinin hüquqi çərçivədə həyata keçirilməsində görülən işlər, seçki prosesinin gedişatında müşahidəçilik, seçkilər zamanı medianın monitorinqi əsas diqqət mərkəzində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti