...

Birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb – nazir müavini

Siyasət Materials 17 Noyabr 2018 15:40 (UTC +04:00)
Birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb.
Birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb – nazir müavini

Bakı. Trend:

Birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb.

Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavin İsmayıl İsmayılov Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışlarının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib: “Bu gün Azərbaycana daha bir idman bayramı gəlib. Dünyanın ən güclü gimnastları qədim və gözəl Bakı şəhərinə toplaşıblar. Akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışlarında iştirak etmək üçün Odlar Yurdu Azərbaycana təşrif gətirmiş bütün qonaqları səmimi qəlbdən salamlayır və hər birinizə “Azərbaycana xoş gəlmişsiniz!” deyirəm”.

İ.İsmayılov bildirib ki, bu gün Azərbaycan dünyada artıq bir idman ölkəsi kimi tanınır: “Azərbaycan hər bir tədbiri, o cümlədən idman tədbirlərini yüksək səviyyədə keçirməyə qadirdir və bunun sübutu olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə 2015-ci ildə Bakı şəhərində keçirilmiş ilk Avropa Oyunlarını və iki il sonra keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını, 2016-cı ildə təşkil edilmiş Ümumdünya Şahmat Olimpiadasını, 2016, 2017 və 2018-ci illərdə keçirilmiş “Formula-1” Qran-Pri yarışlarını, bir sıra idman növləri üzrə dünya və Avropa çempionatlarını, Dünya Kuboku və “Böyük dəbilqə” yarışlarını, yüzlərlə beynəlxalq turniri göstərə bilərik. 2019-cu ildə Bakı şəhərində keçiriləcək Avropa Gənclər Festivalı, futbol üzrə Avropa Liqasının final matçı və 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının qrup oyunları da bu möhtəşəm silsilənin davamı olacaq”.

O əlavə edib ki, bu gün Azərbaycan müasir, dünyəvi, sabit və demokratik bir ölkədir və insanların sağlam həyat tərzi sürməsi, gənclərin sağlam ruhda böyüməsi üçün hər bir şərait yaradılıb: “Təbii ki, bütün bunlar Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticədir. Ulu öndərin siyasətini davam etdirən ölkə Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya kompleksinin, möhtəşəm idman qurğularının açılıb istifadəyə verilməsi ilə, idmançılara göstərilən xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailyyətlər müqayisə olunmayacaq dərəcədə artıb. Hələ keçmiş SSRİ dövründə belə, Azərbaycan idmançıları arasında Olimpiya çempionları və mükafatçıları, dünya və Avropa çempionları var idisə də, bu gün bu çempionlarımızın sayı hədsiz dərəcədə yüksəlib”.

Nazir müavini vurğulayıb ki, Azərbaycanda əksər idman növləri ilə bərabər, gimnastika idman növü də sürətlə inkişaf etdirilir: “Xüsusilə 2002-ci ildə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb. Bu gün gimnastlarımız dünya və Avropa çempionatlarında, Dünya Kuboku və Qran-Pri yarışlarında artıq dünyanın ən öndə gedən gimnastlarının əsas rəqiblərinə çevrilib, onlarla başabaş mübarizə aparır və hətta onları qabaqlayaraq medallara sahib olurlar.

Akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışları hazırda iştirak etdiyiniz bu gözəl və möhtəşəm sarayda – Milli Gimnastika Arenasında keçirilir. Bu mötəbər yarışın keçirilməsində Azərbaycana etimad göstərmiş Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildirir, bir daha bütün idman ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik edir, iştirakçılara uğurlar və azarkeşlərə zövq bəxş etdirəcək çıxışlar nümayiş etdirməyi arzulayıram!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti