...

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti: Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq

Siyasət Materials 27 İyul 2019 11:37 (UTC +04:00)
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etdi.
Avropa Olimpiya Komitələrinin vitse-prezidenti: Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etdi.

Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

N.Nayqard bildirib ki, Azərbaycanın çox gözəl idman məkanları var, eyni zamanda, könüllülər çox gözəl fəaliyyət göstərdi: “Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti