Bakı. Trend:
“Qafqaz Qartalı - 2019” təliminin planına əsasən Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, xüsusi təyinatlılar vacib strateji və hərbi obyektlərə basqının edilməsi üçün əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetirib və şərti düşmənin müdafiəsinin dərinliyindən çıxmaq üzrə fəaliyyətləri icra ediblər.