...

Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək - Prezident Administrasiyası

Siyasət Materials 21 Fevral 2020 22:37 (UTC +04:00)
Diaspora fəaliyyətinin gücləndirilməsi hazırda ən ümdə məsələlərdən biridir
Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək - Prezident Administrasiyası

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Administrasiyadan bildiriblər ki, diaspora fəaliyyətinin gücləndirilməsi hazırda ən ümdə məsələlərdən biridir:

"Təəssüflər olsun ki, bu gün Azərbaycan və Türkiyə haqlı mövqeydən çıxış etmələrinə baxmayaraq, xüsusən də Qərbdə hər iki dövlət əleyhinə ciddi təbliğat aparılır. Diaspora sahəsində əməkdaşlığın gücləndirilməsi ölkələrimiz əleyhinə aparılan təbliğatın qarşısının alınmasında ciddi addım olacaq".

Administrasiyadan o da bildirilib ki, yaxın zamanlarda ortaq diasporanın təsis edilməsi gündəmə gətiriləcək.

Qeyd olunub ki, Türkiyə bütün sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti