BAMF prezidenti: İnformasiya savaşında əcnəbi jurnalistlərin ölkəmizlə bağlı fədakarlıqları hər cür diqqət və sayğıya layiqdir

BAMF prezidenti: İnformasiya savaşında əcnəbi jurnalistlərin ölkəmizlə bağlı fədakarlıqları hər cür diqqət və sayğıya layiqdir

Bakı. Trend:

Milli Mətbuatımızın 145 İllik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb. Sərəncamda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması məsələsi də yer alıb.

Sərəncamla bağlı Trend-ə açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev ölkə Prezidenti cənab İlham Əliyevə əcnəbi jurnalistlərin mükafatlandırılması barədə müraciət etdiyini də bildirib. “Uzun illərdir ki, ölkəmizə təmənnasız xidmət edən, səsimizi yüksək tribunalardan səsləndirən çoxsaylı əcnəbi jurnalistlərlə əməkdaşlıq edirik.

Ermənistanın Azərbaycana qarşı işgalçılıq siyasəti, Dağlıq Qarabağda və ona bitişik ərazilərdə baş verən və bu gun də davam edən talanlar həm də bu insanların göstərdikləri böyük fədakarlıqlar sayəsində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmış və çatdırılmaqdadır. Müstəqillik əldə etdiyimiz ilk illərdə xarici jurnalistlərin ölkəmizə səfərləri əksər vaxtlarda şəxsi münasibətlər və təşəbbüslər hesabına reallaşırdı. Ölkəmizə səfər edən həmin jurnalistlər çox vaxt öz həyatlarını təhlükəyə atır və tez-tez də erməni lobbisi tərəfindən güclü təzyiqlərə məruz qalırdılar. Hesab edirəm ki, həmin insanlar xalqımız və dövlətimiz tərəfindən hər cür sayğıya və mükafata layiqdirlər.

Bu gün ölkəmiz beynəlxalq media ilə əməkdaşlıq sahəsində xeyli nailiyyətlərə imza atıb. Beynəlxalq medianın diqqətini cəlb etmək üçün uğurlu layihələr icra edilir. Heydər Əliyev Fondunun beynəlxalq media qurumları ilə peşəkar əməkdaşlığını, çoxsaylı tanıtım layihələrini, "Xocalıya Ədalət" kampaniyası və digər təşəbbüslərini xüsusi qeyd etmək istərdim”, deyə Umud Mirzəyev bildirib. Daha sonra O, sözlərinə davam edərək qeyd edib ki, BAMF-ın fəaliyyətinin əhəmiyyətli bir hissəsini əcnəbi jurnalistlərlə əməkdaşlıq təşkil edir. “Biz hələ 90-cı illərin əvvəllərindən başlayaraq ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin obyektiv işıqlandırılması üçün jurnalistlərin, yazarların, vətəndaş fəallarının, xalq diplomatlarının, parlament üzvlərinin, beynəlxalq ekspertlərin münaqişə bölgəsinə, zərərçəkmiş və işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərlərini təşkil etmişik. Səfərdə olan insanların arasında dünyada tanınan, nüfuz sahibi olan Yuriy Pompeyev, Aleksey Sukanov, Boris Qolovin, Yevgeni Mixaylov, Andrey Edokov (Rusiya), Riçard Lapaytis (Litva), Modris Auzenş, Tatyana Çaladze (Latviya), Uli Rotfus (Almaniya), Arye Qut (İsrail), Malik Ayub Sumbal (Pakistan), Şuxrat Barlas (Özbəkistan), Cim Klensi, Piter Teys (ABŞ), Adel Dərviş (Böyük Britaniya), Andraş Biro (Macarıstan), Sami Əl-Hac, Hazem Abuvafta, Ziyad İbrahim (Əl Cəzirə, Qətər) kimi jurnalistlərin, ictimai xadimlərin adlarını qeyd etmək istərdim”, deyə Umud Mirzəyev bildirib.

Bu insanların hər birinin hazırladığı reportajın, yazı və məqalələrin beynəlxalq mediada ciddi təsirə malik olduğunu bildirən U. Mirzəyev əcnəbi jurnalistlərin gördüyü işlərlə bağlı bir neçə faktı bizimlə bölüşüb. “Məlum idi ki, 2016-cı il aprel hadisələrində işğalçı erməni hərbi qüvvələri fosforlu mərmilərdən istifadə etmişdirlər. Bunu isə onlar qətiyyətlə inkar edirdilər. O, zaman Əl-Cəzirə televiziyasında dostlarımızın sayəsində ermənilərin istifadə etdikləri həmin mərmilərin diplomatik nümayəndələrin iştirakı ilə zərərsizləşdirilməsi əməliyyatı dünyaya yayımlandı. Ölkə rəhbəri aprel döyüşlərindən dərhal sonra 2016-cı ilin may ayında İstanbulda keçirilən Dünya Humanitar Sammitində düşmənin bu mənfur hərəkətini yüksək tribunadan beynəlxalq ictimaiyyətə bəyan etdi”.

“Və yaxud Xocalı faciəsinin, Qarabağda baş verənlərin canlı şahidi Riçard Lapaitis haqda danışmaq istəyirəm. Biz onunla 90-cı illərin əvvəllərindən əməkdaşlıq edirik. Xocalı faciəsinə həsr olunan və Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "Sonsuz Dəhliz" filmində onun gördükləri, bildikləri lentə alınıb. O, bu filmin baş qəhrəmanıdır. Xocalı faciəsinin canlı şahidi olmuş, bu haqda yazılar yazmış, reportajlar hazırlamış azsaylı jurnalistlərdəndir. Film dünyanın 100-dən yuxarı ölkəsində nümayiş etdirilmiş, müxtəlif kino festivallar tərəfindən təltif edilmişdir. Bu filmə baxan hər kəs münaqişə haqda əsl həqiqətlərdən təsirlənmiş olur. Ötən il Litvada Druskininkay şəhərində filmin təqdimatının iştirakçısı oldum. Auditoriyada olan yüzə yaxın insan filmə baxdıqdan sonra oranı göz yaşları ilə tərk etdilər. Digər tanınmış bir jurnalist, ictimai xadim hal-hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan Arye Qut təkcə keçən 3 il ərzində dünyanın ən nüfuzlu ingilisdilli qəzet və jurnallarında, aparıcı xəbər portallarında Azərbaycana erməni təcavüzü ilə bağlı 50-dən yuxarı yazının müəllifidir. Məhz onun sayəsində İsrailin və dünyanın yəhudi əsilli jurnalistlərinin böyük əksəriyyəti Azərbaycanın haqq səsinin dünyaya yayılmasına dəstək olur”.

Kitabları ilə, məqalələri ilə erməni terrorizmi, daşnakların azərbaycanlıların başına gətirdikləri müsibətləri, erməni yalanları haqda yazıları dünyaya yayan Şuxrat Barlas, Orta Asiyada böyük bir hərəkatın müəllifidir desəm, yanılmaram. Onun sayəsində Qarabağla bağlı, Azərbaycanla bağlı həqiqətlər türk dünyasında və postsovet məkanında ciddi marağa səbəb oldu.

Bu jurnalistlərin və adlarını çəkə bilmədiyim digər media işçilərinin fədakar əməyi sayəsində Azərbaycanın haqq səsi, Qarabağ münaqişəsi, erməni terrorizmi ilə bağlı həqiqətlər dünyanın müxtəlif ölkələrinə yayıldı. Son günlər ermənilərin Tovuz istiqamətində törətdiyi təxribat hadisələri, belə məsələlərin beynəlxalq medianın diqqətinə çatdırılmasının əhəmiyyətini aktuallaşdırır”, deyə Umud Mirzəyev bildirib.

“Uzun müddətdir xarici media nümayəndələri ilə əməkdaşlıq edən, ölkəmizi tanıtmaq naminə geniş tərəfdaşlıq imkanlarına sahib BAMF-ın rəhbəri olaraq hesab edirəm ki, sərəncamın ölkə jurnalistləri ilə yanaşı, Azərbaycanın yanında olan xarici jurnalistlərə də şamil olunması bizim əcnəbi həmkarlarımızın fəaliyyətinin daha da təşviq edilməsinə, eləcə də ölkəmizin beynəlxalq media tribunalarında mövqeyinin daha da güclənməsinə səbəb olardı. Bu insanlar Azərbaycanın mövqeyini təmənnasız olaraq bütün kürsülərdən, bütün tribunalardan çıxış edərək yorulmadan, heç kimdən çəkinmədən müdafiə etmişlər”, deyə BAMF prezidenti açıqlama verib. “O baxımdan da, Azərbaycanı təmənnasız sevən, ölkəmizə dostluq münasibəti bəsləyən, ağrı-acılarına şərik olan xarici jurnalist həmkarlarımızın mükafatlandırılması üçün Ölkə Rəhbərinə müraciət etdik”, deyə BAMF prezidenti vurğulayıb. “İstərdik ki, Ölkə Prezidentimizin bu humanist və diqqətəlayiq sərəncamı beynəlxalq jurnalistlərə də şamil olunsun. Onlar da ölkəmizin diqqət və qayğısından faydalansınlar”, deyə Umud Mirzəyev qeyd edib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF BMT qurumları, Beynəlxalq Mətbuat İnstitutu (IPI), Beynəlxalq Sülh Bürosu (IPB), Beynəlxalq Jurnalistlər Federasiyası, dünyanın tanınmış media qurumları ilə, həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE), habelə dünyanın nüfuzlu insanları, beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
Avqustun 13-də dolların manata qarşı məzənnəsi
İsveçrədə koronavirusa yoluxma göstəriciləri kəskin artır
Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına başlanılıb
PAŞA Bank ailəsinə qoşulun!
Ağdaşda ictimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib (FOTO)
Hindistanda avtobus yandı - Ölənlər var
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb (FOTO)
Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olundu
"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi (FOTO)
Şotlandiyada qatar relsdən çıxaraq yanıb (FOTO)
Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi (FOTO)
Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib (FOTO)
ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib
Baş Prokurorluq on altı yaşına çatmayan şəxsə zor tətbiq edilməsi ilə bağlı məlumat yaydı
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub (FOTO) (YENİLƏNİB)
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
Paris marafonu koronavirusa görə ləğv olunub
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq
Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı
Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir - Cəlil Xəlilov
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir
İranda sutka ərzində koronavirusdan 188 nəfər ölüb
Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
8027 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Avstraliyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb
Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü
"Gələcəyimiz gənclərdir" festivalı baş tutub (FOTO)
Salyanda narkotik bitki əkib-becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edilib
DİM imtahan verəcək abituriyentlərə müraciət etdi
Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçdi
“Twitter”də yeni funksiya işə düşüb
Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq
Bu il sosial ödənişlər 707 milyon manat artıb
Azərbaycan neftinin qiymətləri dəyişib
Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir
Salyanda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib (FOTO/VİDEO)
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələnib (VİDEO)
MİDA-nın keçirdiyi mənzillərin elektron satışı şəffaflığın təmin edilməsi baxımdan vacibdir - Ekspert
Buraxılış imtahanında iştirak etməyənlərin qəbul imtahanında iştirakına icazə verildi
Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
9 hakimin fəaliyyətinə xitam verilib (VİDEO)
Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM
Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Narkotik becərən şəxs “iş başında” saxlanıldı (FOTO)
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib
Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrılıb (FOTO)
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozdu
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri
"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Mingəçevirdə birmərtəbəli evdə yanğın olub, xəsarət alan var
Qazaxıstanda daha 691 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
"Comex" birjasında qızılın qiyməti düşüb
İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb
Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb
Moskvada bir sıra aviareys ləğv edilib
"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib
ÜST dünyada koronavirusla bağlı son statistikanı açıqlayıb
Bütün xəbərlər