...

Azərbaycan gənclərinin təklifləri BMT sənədində əksini tapacaq

Siyasət Materials 16 Sentyabr 2020 15:10 (UTC +04:00)
Azərbaycan gənclərinin təklifləri BMT sənədində əksini tapacaq

Bakı. Trend:

Azərbaycan Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyi BMT75 təşəbbüsü çərçivəsində təhsil mövzusuna həsr olunmuş dialoq təşkil edib.

Fonddan Trend-ə bildirilib ki, onlayn tədbirdə iştirak edən 40-dan çox fəal gənc, o cümlədən fiziki məhdudiyyətli şəxslər, pandemiya zamanı təhsil sahəsində üzləşdikləri çətinliklər və onların həlli yolları haqqında müzakirə aparıblar.

İştirakçılar təhsilin hər bir gənc üçün əlçatımlılığı, bu sahədə texnoloji baza və təchizatın təkmilləşdirilməsi, hər kəs üçün bərabər imkanların yaradılması, habelə fiziki məhdudiyyətli gənclər üçün məşğulluq imkanlarının artırılmasının vacibliyini vurğulayıb, yerli və qlobal səviyyədə görülməli işlərə dair təkliflərini veriblər.

Qeyd edək ki, bu dialoqlar zamanı səslənən fikir və təkliflər BMT 75 prosesinin hədəflərindən biri olan “Baxış 2045” (Vision 2045) qlobal sənədinin hazırlanmasına töhfə olacaqdır. Bu görüşlərlə yanaşı, BMT75 çərçivəsində başlanmış qlobal sorğuda da iştirak edərək, hər kəs gələcəyə dair öz rəy və təkliflərini bildirə bilər: https://un75.online/?lang=aze.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti