...

Avropa İttifaqı Rusiya üçün hava məkanını tamamilə bağlayır

Siyasət Materials 27 Fevral 2022 20:54 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı Rusiya üçün hava məkanını tamamilə bağlayır.

Trend xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün “Twitter” səhifəsində yazıb.

"Biz Aİ hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq. Onlar Aİ ərazisinə enə, qalxa və ya uça bilməyəcəklər", - məlumatda bildirilir.

Qadağanın şəxsi təyyarələrə də şamil edildiyi vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti