...

Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanıb - Fuad Muradov

Siyasət Materials 23 Aprel 2022 13:01 (UTC +04:00)
Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanıb - Fuad Muradov

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli istiqamətində Komitənin hazırladığı “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” 4 oktyabr 2020-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmişdir. Komitə ilə rahat əlaqənin yaradıla bilinməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilmiş və qurum “Elektron hökumət” portalına inteqrasiya olunmuşdur.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

Onun sözlərinə görə, Komitə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, onların ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə müxtəlif xalqların diaspor təşkilatları ilə effektiv əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində də bir sıra tədbirlər həyata keçirib.

"Bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsi Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasıdır. ADDF ölkədə həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərinin qorunmasına, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin edən publik hüquqi şəxsdir. Yarandığı gündən bu günədək Fonda 250 layihə təklifi daxil olub.

Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin dərinləşdirilməsi sahəsində mövcud olan problemlər öyrənilmiş və pərakəndə fəaliyyətin qarşısının alınması məqsədilə bir sıra addımlar atılmışdır. Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Komitədə əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılmış, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb”, - deyə F. Muradov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti