Bakı. Trend:
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Nəbatət bağında yeni layihə hazırlanır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, layihənin hazırlanmasına xaricdən gələn memarlar cəlb olunub:
"Çox unikal layihədir. 46 hektardan ibarət olan bağda layihənin başa çatması üçün vaxt tələb olunur. Yəqin ki, tam hazır olanda ictimaiyyətə tədim olunacaq".