...

Paşinyan Ermənistanın 100-dən çox hərbçisinin həlak olduğunu etiraf etdi

Siyasət Materials 14 Sentyabr 2022 17:08 (UTC +04:00)
Paşinyan Ermənistanın 100-dən çox hərbçisinin həlak olduğunu etiraf etdi

Bakı. Trend:

Son günlər Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 105 hərbçisi həlak olub.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən etiraf edib.

O, itki sayının arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, Ermənistan rəsmi mənbələrinin açıqladığı məlumatlardan fərqli olaraq, real itkilərin sayı daha çoxdur.

Xatırladaq ki, Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində toqquşma baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti