...

Prezident İlham Əliyev: İndi hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir

Siyasət Materials 13 Mart 2023 22:45 (UTC +04:00)
Prezident İlham Əliyev: İndi hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir

Bakı. Trend:

Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

“Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür. Lakin biz hələ də əsasən neft və qazı ixrac edirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti