...

Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda sülhün və sabitliyin təminatıdır - Çavuşoğlu

Siyasət Materials 13 May 2023 00:00 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda sülhün və sabitliyin təminatıdır - Çavuşoğlu

Bakı. Trend:

Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda sülhün və sabitliyin təminatıdır.

Trend xəbər verir ki, bu barədə cümə günü özünün "Twitter" səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

Onun sözlərinə görə, Türkiyə İkinci Qarabağ müharibəsində qardaş Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstək verib.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan və Türkiyə “Şuşa Bəyannaməsi”ni imzalamaqla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə qaldırıb.

M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə işğaldan azad edilən torpaqlarda başladılan yenidənqurma və dirçəliş işlərinə töhfə verməkdə davam edir.

"Prezidentlərimiz Füzulidə və Zəngilanda qısa müddətdə tikilmiş beynəlxalq hava limanlarını birgə açıblar", - deyə M.Çavuşoğlu əlavə edib.

XİN rəhbəri iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 6,5 milyard dollara çatdığını da qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti