...

ABŞ dövlət katibi Rusiya prezidentinin ABŞ-a Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı təklifinə reaksiya verəcəyinə inanmır

Siyasət Materials 9 İyun 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ ABŞ-ın dövlət katibi Kondaliza Rays Azərbaycanın Rusiya prezidentinin G8 sammitində ABŞ-a Qəbələ radiolokasiya stansiyası ilə bağlı təklifinə reaksiya verəcəyinə əmin deyil. "Azərbaycanın ABŞ və Rusiyanın Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı təkliflərini qəbul edib-etməyəcəyini dəqiq bilmək üçün həndəsə, yaxud da coğrafiyanı bilmirəm" -deyə ABŞ dövlət katibi Kondoliza Rays Associated Press və NBC News-a müsahibəsində deyib.

Azərbaycan tərəfinin müvafiq təklifi qəbul etməyəcəyi ilə bağlı ehtimalı şərh edən Rays qeyd edib ki, bunu müəyyənləşdirmək üçün ABŞ-ın Azərbaycanla respublika ərazisində hərbi texnikanın yerləşməsi nöqteyi-nəzərindən münasibətlərinə baxmaq lazımdır.

Cümə axşamı Almaniyanın Haylihendamm şəhərində G8 sammiti çərçivəsində Putin amerikalı həmkarı Corc Buşa Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı təklif irəli sürüb. Bu obyekt 1985-ci ildən fəaliyyət göstərir və cənub yarımkürəsində ballistik raketləri izləmək üçün nəzərdə tutulur. ABŞ-ın Çexiya və Polşada PƏM sistemini quraşdırmaq planlarına cavab olaraq Rusiya prezidenti belə yanaşmanın əsas üstünlüyünü önə çəkib: instrumentari maksimal şəkildə izləmə obyektinə yaxın olacaq.

"İran raketləri ətrafında istənilən vəziyyətləri kəşfiyyat vasitələri ilə izləmək mümkün olacaq - deyə Putin bildirib.

ABŞ və Rusiyanın münasibətlərinə toxunan Rays qeyd edib ki, iki ölkənin çoxlu ümumi məsələləri var ki, onlar bununla əlaqədər əməkdaşlıq edə bilərlər. Konkret olaraq bu, nüvə silahının yayılmaması, habelə Şimali Koreya və İranla bağlı məsələlərdir:

"İki ölkə arasında müəyyən gərginlik də var. Bu, daha çox postsovet məkanı ilə bağlıdır. Məsələn, biz Gürcüstanla əməkdaşlıq edəndə və yaxud da Orta Asiya ölkələri ilə əlaqələrimizi yaxşılaşdıranda Rusiya tərəfi bizi günahlandırır ki, güya onları daxili təsir ərazilərindən çıxarırıq. Lakin bu, sıfıra bərabər uduşu olan oyundur. Biz sadəcə Ukrayna, Gürcüstan və Orta Asiya ölkələri ilə normal münasibətlər qurmaq istəyirik".

Raysın sözlərinə görə, ABŞ həmçinin Polşa, Çexiya və NATO ilə müzakirələri davam etdirmək niyyətindədir. "Mən düşünürəm ki, müzakirələr Rusiya tərəfinin toxunduğu məsələ ətrafında olacaq" - deyə o bildirib.

Cümə günü Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Rusiya prezidentinin Qəbələ RLS-in ABŞ-la birgə istifadəsinə dair təklifini şərh edərək bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı ikitərəfli və üçtərəfli formatlarda müzakirələrə hazırdır.

Xəbər lenti

Xəbər lenti