...

Azərbaycanın Mətbuat Şurasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2010 15:19 (UTC +04:00)
"20 Yanvar şahid jurnalistlərin gözü ilə" mövzusunda keçirilən dəyirmi masada Şura sədri Əflatun Amaşov bu hadisələrin Azərbaycan xalqının müstəqillik taleyində önəmli mərhələlərdən biri olduğunu vurğulayıb", - çərşənbə axşamı Trend News-a Mətbuat Şurasından bildirilib.
Azərbaycanın Mətbuat Şurasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

"20 Yanvar şahid jurnalistlərin gözü ilə" mövzusunda keçirilən dəyirmi masada Şura sədri Əflatun Amaşov bu hadisələrin Azərbaycan xalqının müstəqillik taleyində önəmli mərhələlərdən biri olduğunu vurğulayıb", - çərşənbə axşamı Trend -a Mətbuat Şurasından bildirilib.

Trend -un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Amaşovun sözlərinə görə, 20 il öncə yaşanan proseslərdə, qəhrəmanlıqlarda hər bir vətənpərvər azərbaycanlının müstəsna rolu olub. "Bu mənada peşə vəzifəsini yerinə yetirən jurnalistlərin fədakar əməyi xüsusi qeyd edilməlidir. Çünki onlar millətin haqq səsinin, dəhşətli faciənin məşəqqətlərinin bütün dünyaya çatdırılmasını təmin etmək kimi vacib missiyanı yerinə yetiriblər", - Şura sədri əlavə edib.

O, 20 Yanvar faciəsi barədə istər ölkə, istərsə də dünya ictimaiyyətinin məlumatlandırılmasında həmin vaxt nəşr olunan "Səhər" qəzetinin başlıca rol oynadığını önə çəkib və tədbir iştirakçılarına qəzetin hadisələri əks etdirən "Güllələnmiş qəzet" adlı toplusunu təqdim edib.

"Səhər" qəzetinin baş redaktoru Məzahir Süleymanzadə çıxışında toplunun məhz "Güllələnmiş qəzet" adlandırılması zərurətinə diqqət çəkib. "Senzuranın mövcudluğuna baxmayaraq, böyük çətinliklərlə də olsa, qəzet çap edildi. Nəşrdə faciə bütün təfərrüratları ilə əks olundu. Şəkillərdə qətllərin qanlı foto görüntüləri yer almışdı", - baş redaktor vurğulayıb.

"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu o zaman hələ "Kommunist" adlanan bu nəşrin binası önünün jurnalistlərin qərargahına çevrildiyini vurğulayıb. "Həmin vaxt qərara alındı ki, belə bir dəhşətli faciədən sonra qəzet "Kommunist" adı ilə çıxarılmasın. Buna mənəvi haqqımızın olmadığı bildirildi. Çox yaxşı ki, Azərbaycanın müstəqilliyinin elan olunmasından 55 gün öncə nəşrin adı dəyişdi", - Aydınoğlu xatırladıb.

"Zaman Azərbaycan" qəzetinin baş redaktoru Enes Cansevər rəhbəri olduğu nəşrin 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında gördüyü işlərin müxtəlif məqamlarından bəhs edib. Onun sözlərinə görə, faciə və ondan sonrakı proseslər Azərbaycan xalqının qüdrətinin nümayişi idi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti