...

Azərbaycanın Mətbuat Şurası 2010-ci ili "Diffamasiya ili" elan edib

Cəmiyyət Materials 27 Yanvar 2010 15:43 (UTC +04:00)
"Diffamasiya ilə bağlı qanunun qəbulunu sürətləndirmək məqsədilə 2009-cu ildə başladığımız müzakirələri bu il daha da sürətləndirmək niyyətindəyik", - çərşənbə günü Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Azərbaycanın Mətbuat Şurası 2010-ci ili "Diffamasiya ili" elan edib

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurası 2010-ci ili "Diffamasiya ili" elan edib.

"Diffamasiya ilə bağlı qanunun qəbulunu sürətləndirmək məqsədilə 2009-cu ildə başladığımız müzakirələri bu il daha da sürətləndirmək niyyətindəyik", - çərşənbə günü Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media MərkəziDemokratik Jurnalistlər Liqası parlamentə müracitə etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Amaşovun sözlərinə görə, "Diffamasiya haqqında" qanun layihəsinin hazırlanması məqsədilə müxtəlif görüşlərin keçirilməsi də nəzərdə tutulur. "İlk görüş məmurlarla kütləvi informasiya vasitələrinin rəhbərləri arasında keçiriləcək və indi bu məqsədlə hazırlıq görülür", - Şura sədri əlavə edib.

O deyib ki, ötən ilin oktyabrında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə ilk geniş konfrans təşkil edilib. Bu tədbirdə diffamasiyanın Azərbaycan cəmiyyətinə, xüsusən də jurnalistlərin fəaliyyətinə təsirinə dair fikir mübadilələri aparılıb. Düşünürəm ki, müzakirələri intensivləşdirməklə həm hakimiyyət təmsilçilərini, həm də jurnalistləri təmin edən qanun layihəsinin hazırlanmasına nail olacağıq", - o xatırladıb.

Milli Məclis üzvlərinin bir hissəsinin bu layihənin qəbul olunması üçün cəmiyyətin hələ ki, hazır olmaması ilə bağlı iddialarına gəldikdə, Şura sədri deyib ki, millət vəkilləri müəyyən qədər haqlıdırlar. "Amma biz nə zamansa bu qanunu qəbul etməliyik. Ona görə keçirəcəyimiz müzakirələrdə də əsas məqsəd diffamasiya ilə bağlı mövcud oloan fikir ayrılıqlarını aradan qaldırmaqdır", - Amaşov vurğulayıb.

Şura sədri il ərzində millət vəkilləri ilə KİV rəhbərlərinin, eləcə də digər müvafiq qurumların təmsilçilərinin görüşlərinin təşkil olunacağını da istisna etməyib. "Bizim əsas məqsədimiz ilk növbədə hamını qane edə biləcək kayihə hazırlamaqdır. Əgər həm hakimiyyət, həm mətbuat, həm də qanunvericilik orqanalrının nümayəndələri ilə davamlı müzakirələr təşkil edə bilsək istəyimizə il ərzində nail olacağıq", - Amaşov deyib.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20-i informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti