...

AMEA-nın 2011-ci ilin hesabat xarakterli ümumi yığıncağı keçirilib

Cəmiyyət Materials 25 Aprel 2012 16:22 (UTC +04:00)
Bu gün Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) 2011-ci ilin hesabat xarakterli ümumi yığıncağı keçirilib.
AMEA-nın 2011-ci ilin hesabat xarakterli ümumi yığıncağı keçirilib

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) 2011-ci ilin hesabat xarakterli ümumi yığıncağı keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, ötən il Prezident İlham Əliyevin AMEA ilə bağlı bir sıra mühüm qərarlar verməsi akademiyanın fəaliyyətinin yaxşılaşmasına xidmət edib və bu, onun elmə töhfəsidir.

Kərimov bildirib ki, 2009-2015-ci illər üçün elmin inkişafı üzrə milli strategiya və dövlət proqramının qəbulu da bu istiqamətdə görülən işlərdəndir.

Sonra AMEA-nın Rəyasət Heyətinin akademik katibi Vaqif Fərzəliyev AMEA-nın 2011-ci ildəki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.

O qeyd edib ki, hesabat dövründə 157 elmi problem üzrə 485 mövzuda 1427 elmi-tədqiqat işi aparılıb, 160 əsas elmi nəticə alınıb, 61 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirilib.

Fərzəliyevin sözlərinə görə, 37 işin tətbiqi başa çatıb. 24 iş hesabat ili üçün nəzərdə tutulmuş plan nəticəsində yerinə yetirilib. Plandan əlavə, 9 iş tətbiq olunub.

Fərzəliyev ötən il ölkə ərazisində baş verən zəlzələlərlə bağlı da məlumat verib.

O qeyd edib ki, 2011-ci ildə Azərbaycanda 17 hiss olunan zəlzələ qeydə alınıb, onların sayı və ayrılmış seysmik enerji miqdarı 2010-cu ildən yüksək olub.

Fərzəliyev AMEA-nın beynəlxalq elmi əlaqələri barədə də danışıb.

O bildirib ki, hesabat dövründə beynəlxalq elmi əlaqələr genişlənib, AMEA beynəlxalq təşkilatlar, elmi müəssisələr və qurumlarla əməkdaşlıq edib. Ötən il akademiyanın 800-ə yaxın əməkdaşı xarici ölkələrdə Azərbaycan elmini təmsil edib.

Digər çıxış edənlər də AMEA-nın ayrı-ayrı institutlarının fəaliyyəti barədə hesabat verib və müxtəlif təkliflər səsləndiriblər.

AMEA-nın yığıncağında iştirak edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik hesabat yığıncağında qaldırılan məsələlər və irəli sürülən təkliflərə baxılacağını deyib.

Tədbirin sonunda AMEA-nın 2011-ci ildə fəaliyyəti ilə bağlı hesabat səsə qoyulub və yekdilliklə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti