...

ARDDA-da 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2013 13:19 (UTC +04:00)
Yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında 20 yanvar faciəsinin 23-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
ARDDA-da 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında 20 yanvar faciəsinin 23-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə iştirakçılar 20 Yanvarda şəhid olan oğul və qızlarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olmuş 20 Yanvar faciəsi barədə ətraflı məlumat verərək bildirmişdir ki, bu faciə Qorbaçov başda olmaqla, o vaxtkı ermənipərəst SSRİ rəhbərliyinin Azərbaycan xalqının haqq səsinin susdurulması üçün planlı şəkildə törətdiyi qanlı cinayət idi. Sovetlər İttifaqının müdafiə naziri Yazovun, Daxili İşlər Naziri Bakatinin, digər əlaqədar struktur rəhbərlərinin başçılığı ilə təpədən-dırnağadək silahlanmış və tərkibində milliyyətcə erməni zabitlərinin də olduğu xüsusi hərbi birləşmələr əliyalın xalqımıza amansız divan tutmuşlar.

M.Qorbaçov SSRİ və Azərbaycan Respublikasının kanstitusiyalarının tələblərini kobud surətdə pozaraq yanvarın 19-da Bakıya qoşun yeridilməsi barədə ğöstəriş vermiş və 20-də fövqəadə vəziyyət élan etmişdir. Dövlət Təhlükəsizliyi Komitəsi bundan əvvəl yanvarın 19-u saat 19:30 radələrində o vaxt yeganə televiziya olan Azərbaycan Televiziyasının enerji blokunu partladaraq bütövlükdə televiziya verilişlərini dayandırmışdır. Məqsəd xalqı əsas informasiya mənbələrindən məhrum etmək idi.

Nəticədə 137 nəfərdən artıq adam öldürülmüş, 700-dən çox insan yaralanmış, 850 nəfərə yaxın adam qanunsuz həbs edilmişdir. Həlak olanlar arasında qadınlar, uşaqlar, qoca və ahıllarla yanaşı, həkim və tibb işçiləri də olmuşdur.

Qüdrət Qurbanov bildirdi ki, belə bir ağır şəraitdə ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükədə qoyaraq, Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək oraya yığışan azərbaycaqnlılar qarşısında çıxış etmiş, SSRİ rəhbərliyinin, Qorbaçovun Azərbaycan xalqına qarşı törətdiyi cinayəti kəskin şəkildə lənətləmişdir. Qanlı 20 Yanvar faciəsinə də hüquqi-siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışından sonra verilmişdir.

Administrasiyanın rəisi Qüdrət Qurbanov o ağır günlərdə Azərbaycanın dıniz nəqliyyatı işçilərinin göstərdiyi iğidliklərindən, öz xalqına sonsuz məhəbbət və mərd hərəkətlərindən ətraflı söz açıb.

Tədbirdə şıxış edən Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, sektor müdirləri Şəmistan Həsənov, Fuad Mərdiyev, şöbə müdirinin müavini Habil Abbasov, baş məsləhətçilər Vüsal Mustafayev, Çinarə Qasımova, məsləhətçı Natiq Həsənov və başqaları qanlı yanvar faciəsilə bağlı acı xatirələrini söyləyərək o vaxtkı respublika rəhbərliyinin xalqa zidd siyasətini, öz xalqının taleyinə biganəliyini kəskin şəkildə pisləyərək şəhidlərimizə allahdan rəhmət diləmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti