...

Naxçıvan Avtomobil Zavodu mikroavtobusların istehsalına başlayıb (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2013 17:30 (UTC +04:00)
Naxçıvan Avtomobil Zavodu (NAZ) "Nazlifan LF 6401" kommersiya mikroavtobuslarının istehsalına başlayıb.
Naxçıvan Avtomobil Zavodu mikroavtobusların istehsalına başlayıb (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir S.Əliyev/

Naxçıvan Avtomobil Zavodu (NAZ) "Nazlifan LF 6401" kommersiya mikroavtobuslarının istehsalına başlayıb. Bu barədə cümə günü Trend-ə müəssisədən bildiriblər.

Müəssisənin əməkdaşlarının sözlərinə görə, avtomobillərin yükqaldırma qabiliyyəti 800 kiloqram təşkil edir. Mikroavtobus sürücüdən başqa, altı nəfər üçün nəzərdə tutulub.

Yeni modellərin qiyməti təqribən 10,5 min manatdır. İki il və ya 40 min kilometr zəmanəti var.

NAZ-ın tikintisi 2008-ci ildə başlayıb, 2010-cu il yanvarın 11-də isə istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti