...

"Gürcüstan Jerar Depardye barəsində tələsik qərar verə bilməz"

Cəmiyyət Materials 22 Oktyabr 2013 21:25 (UTC +04:00)
Məşhur Fransa aktyoru, Rusiya vətəndaşı Jerar Depardyenin Gürcüstana səfəri qalmaqala səbəb olub. Ötən gün məlumat yayılıb ki, J.Depardye Tbilisi aeroportunun tranzit zonasında olub və versiyalardan birinə görə Bakıya gedib.
"Gürcüstan Jerar Depardye barəsində tələsik qərar verə bilməz"

Gürcüstan, Tbilisi, 22 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Məşhur Fransa aktyoru, Rusiya vətəndaşı Jerar Depardyenin Gürcüstana səfəri qalmaqala səbəb olub. Ötən gün məlumat yayılıb ki, J.Depardye Tbilisi aeroportunun tranzit zonasında olub və versiyalardan birinə görə Bakıya gedib.

Trend-in məlumatına görə, lakin çərşənbə günü sosial şəbəkələrdə J.Depardyenin "Dom Xleba" adlı restoranda olmasına dair məlumat və foto yayılıb. O, burada nahar edərək restoranın əməkdaşları ilə şəkil çəkdirib.

Bu fakt gürcü vətənpərvərlərin etirazına səbəb olub. Onlar bildiriblər ki, J.Depardye qanunsuz olaraq Abxaziyada olub və işğal haqqında qanuna görə saxlanılmalıdır.

Xatırladaq ki, Gürcüstan qanunvericiliyinə görə, işğal olunan ərazilərə səfər edən şəxs 1200 dollar həcmində cərimə və ya 4 il müddətinə azadlıqdan məhrum edilir.

Bu faktı şərh edən Gürcüstanın ədliyyə naziri xanım Teya Çulukiani bildirib ki, J.Depardye kimi nüfuzlu şəxslərlə "ehtiyatlı" davranmaq lazımdır.

Ədliyyə naziri hesab edir ki, fransız aktyor Gürcüstanın ona münasibətdə tələsik qərar verə biləcəyi insan deyil.

T.Çulukiani deyib: "Bu vəziyyət araşdırma tələb edir. Jerar Depardye Gürcüstan və ya hər hansı digər ölkənin onun barəsində tələsik qərar qəbul edə biləcəyi insan deyil. Ona görə də biz faktları öyrənirik və təbii ki, sonra hakimiyyət müvafiq qaydada reaksiya verəcək. Qanun təbii ki, hamı üçün birdir".

Qeyd edək ki, Fransa şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FIFA dünya çempionatının 100 illiyinə həsr olunmuş "F2014" adlı film çəkilir. Filmin çəkilişləri Braziliya, Fransa, İsveçrə ilə yanaşı, Azərbaycanda da aparılır. Ölkəmizdə aparılan çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən həyata keçirilir. Filmdə Beynəlxalq Futbol Federasiyasının prezidenti Jül Rime rolunu məşhur fransız aktyor Jerar Depardye canlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti